Bu münaqişədə ədalət Azərbaycanın tərəfindədir - Maksim Şevçenko
28 Noyabr 2020 11:50 Siyasət"Qarabağ münaqişəsi heç vaxt dayanmayıb, çünki çoxmillətli Azərbaycan xalqı heç zaman Azərbaycan ərazilərinin işğalı ilə barışmazdı".
Tanınmış rusiyalı politoloq Maksim Şevçenko RTV1 kanalında jurnalist Tina Kandelakinin suallarını cavablandırarkən belə deyib.
Onun sözlərinə görə, Azərbaycanda yalnız oğuz türkləri deyil, yəhudilər, ruslar, ləzgilər, talışlar, tatlar, saxurlar, udinlər, avarlar, gürcülər və hətta ermənilər yaşayır.

M.Şevçenko bu konfliktdə ədalətin tərəfində olduğunu söyləyib.
"Ədalət isə Azərbaycanın tərəfindədir", - deyə politoloq bildirib.
Politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın Sovet İttifaqı sərhədlərinin heç bir əhəmiyyəti olmadığını, Heredotun və Kiçik Plininin təsvirlərinə istinad etməsini ağılsızlıq adlandırıb: "Tiqranın idarə etdiyi Ermənistan heç vaxt olmayıb. Hazırda müasir Azərbaycan və Ermənistan var. Mən hesab edirəm ki, alman xalqı Üçüncü Reyxin "Böyük Alman" ideyasından əziyyət çəkdiyi kimi, erməni xalqı da "böyük Ermənistan" adlandırılan çox təhlükəli və yalançı bir düşüncəsin girovuna çevrilib". (virtuaaz)