Sentyabrın  27-də   Azərbaycandan Ermənistana neçə min zəng edilib?

Rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etməyi bacardı. Sentyabrın 27-dən başlayaraq əks-hücuma keçən müzəffər ordumuz xalqın və dövlətin bir yumruq ətrafında birləşməsi sayəsində tam və qəti qələbəni təmin edə bildi. Ancaq etiraf edilməlidir ki, Azərbaycan Ordusunun zəfərinə sevinməyən və buna ən müxtəlif yollarla maneə olmağa çalışan qüvvələr də yox deyildi. Sözqügedən qüvvələrin sırasından Ermənistan xüsusi xidmət orqanlarına "işləyən", xarici anti-Azərbaycan dairələrinin təsiri altında olan şəxslərin yer tutması istisna olunmur. Artıq vaxt çatıb ki, hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırma və təhlillər aparılaraq dövlətə və millətə qənim kəsilən şəxs və ya şəxslər ifşa edilsin. Hələlik bu istiqamətdə hansısa araşdırmanın aparılması barədə rəsmi məlumat yoxdur.  

Qeyd edək ki, kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Vətən Müharibəsi dövründə Azərbaycandan Ermənistana çoxlu sayda zənglər olub, işğalçı dövlətə maddi yardımlar edilib. Təkcə Bakının mərkəzindəki "AnderSon" kafesinin sahibi Anastasiya Tatulovanın epozodu araşdırmalara başlanması üçün kifayət edir. Məlum olduğu kimi Tatulova sosial şəbəkədə bu müharibədə Ermənistana maddi yardım göstərmək istədiyini dilə gətirib: "Mən ermənilərin tərəfindəyəm. Əlbəttə. Həm düşüncələrimlə, həm pulumla və hər şeyimlə". Qeyd edək ki, Bakının mərkəzində, Nəsimi rayonunda yerləşən bu kafe 2017-ci ildən fəaliyyət göstərir. Belə çıxır ki, Tatulova illərdir Bakıda qazandığı pullarla Azərbaycana qarşı çıxıb, bu ölkədə terrorlar törədən, mülki insanları qətlə yetirən Ermənistan ordusuna dəstək olub. Nəzərə almaq lazımdır ki, dövlət və dövlətçilik əleyhinə addımlar ən müxtəlif formada həyata keçirilə bilər. Odur ki, hüquq mühafizə orqanları tərəfindən araşdırılmasına ehtiyac var ki, sentyabrın 27-də  Azərbaycandan Ermənistana neçə min zəng olub? Bu zənglər kimlər tərəfindən və hansı məqsədlə edilib? Kimlər Azərbycan banklarından Ermənistana ianələr köçürüb? Mümkündür ki, həmin zənglər təkcə Azərbaycandan deyil, eləcə də qonşu Gürcüstan və İrandan edilsin. Eləcə də ianələr də sadalanan ölkələrdə fəaliyyət göstərən banklar vasitəsilə ötürülə bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31