HİMN ADAMLAR, HİMN DÖVLƏT… Hər şey, Əhməd Cavad yazan kimi…

Mövlana dər ki, insana nəsib etməyəcəyini, xəyal da etdirməz Allah. Azərbaycanın dövlət himnini yada salanda düşündüm bunu. Böyük Əhməd Cavad vətən sevdalısı, söz aşiqi idi. 1919-cu ildə cəmi on səkkiz sətirlik əsər yazmışdı, yazmış  ki...

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə, cümlə hazırız!

Səndən ötrü qan tökməyə, cümlə qadiriz!

Üç rəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət,

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

1920-ci ildə bu sözlər, şərqdə ilk demokratik cümhuriyyətin, müstəqil Azərbaycanın həyatını simvolizə edən, vacib dövləti mətn oldu. Dövlət himni kimi təsdiqləndi. 1920-2020 arasında yüz illik zaman məsafəsi var. Yəni yüz ildən Əhməd Cavad Əfəndinin on səkkiz səirdə dediyi hər şey oldu. Bu ilin 44 günündə isə, biz o onsəkkiz sətiri ən yeni dövlət, Azərbaycan tarixi kimi yaşadıq. Himnini xayaşayn dövlət və xalq. Yer üzündə neçə belə hal var, demək çətindir. Dəqiq olanı bu ki, Şərqdə, Qafqazlarda Azərbaycan adlı dövlət və bir dövlət türk var öz himni həm də həyatıdır.

HİMN adamlardır onlar, şəhidli, qazili, vətəndaşlı. Bunu elə belə, durduğum yerdə yada salmadım.

Azərbaycan 44 günlük vətən savaşını bitirdi. Otuz illik erməni işğalından sonra, Dağlıq Qarabağda yüzlərlə yaşayış məntəqəsi azad edildi. Azərbaycan dövləti, qalan ərazilərlə bağlı məsələnin onun üstünlüyü ilə bitən hərbi əməliyyatlar sonrası, diplomatik masaya keçməsinə razılıq verdi. Nə gözəlmiş qalib dövlət və vətəndaş kimi dimdik, söz demək, masada şax oturmaq haqqı qazanmaq!

Otuz il əvvəl, gözümüzü yaşlı, boynumuzu bükük qoyan, bizi lap, ən, aşağıda görmək, sərvətimizdən yararlanmaq istəyən, nahaqsan deyib, üzümüzə duran, kim varsa, səsi min kilometrlərlə ötədən, dərin quyunun dibindən gəlir indi elə bil. Qarşımızda deyillər artıq. Kimisi ayağımız altında, kimisi böyrümüzdə yer almağa məsləhətləşir bizimlə. Bir sözlə erməni ilə yox, bizimlə yanaşı olmaqdan xoşbəxtdirlər. Bəlkə də belə görünməyə məcburdurlar, kim bilir?!

Çünki vətəni gülüstan olsun deyə, çox canlar gözüyumulu fəda, qurban etdi özünü. Namusunu təmizlədi vətəninin, başını dünyada dik elədi Azərbaycanın. Himnini yaşamasaydı, yaşatmasaydı, nə dövlət, nə xalq qədri bilə bilməzdi məmləkətdə kimsə. İndi qalır bir məsələ ki, himni həyatı olan adamların bəzisinə, bir də bayraq anlatılsın gözəlim məmləkətdə. Bayraq da VƏTƏNdir. Bayraq elə bir simvol ki, o göylərdə olmazsa, himnin həyatını ifadə etsə belə ucaldığın, qalibiyyətin, varlığın bəlli olmur. Himnin həyat, bayraq var olma işarətindir dünyaya. İndi bəzən əynə geyim edilir bayraq. Sevgidən, nifrətdən, acizlikdən yox. Amma olarmı, fərdi yanaşmam bu ki, olmaz!

Bayraqdan əyinə şalvar olmaz, ətək olmaz, yanını qoyub, üstündə oturursan!

Bayraqdan qətda olmaz, tərin, qoxun hopar rənglərinə! Bayraqdan VƏTƏN ətri gələr axı...

Bayraqdan iki şey olar, biri başına tac. O da hara getdiyin, nə edəcəyin, nə danışacağına bağlı.

Bir də bayraqdan elə gözəl yaxa sancağı olar, gəl görəsən. Taxarsan ürəyinin başına, qürurla dyanıb, həyatın olan, on səkkiz sətiri oxuyarsan özün üçün qalib-qalib. Və astadan yox, lap ucadan səslənərsən ki, eheyyyy, dünya mən bayraq adamam, mən HİMN insanam, xəbərin olsun, hər şey Cavid əfəndi yazdığı kimi oldu, özü də sətir-sətir...

Jalə Mütəllimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31