Kəlbəcərin Zod qızıl yatağı Azərbaycan idarəsinə keçdi - Azərbaycan əsgərinin ərazidən videosu

Ermənistan Kəlbəcərin Söyüdlü kəndi ərazisində darvaza çəkib, tarixi sərhədləri təhrif edərək yeni sərhəd yaratmışdır. Bu gün Azərbaycan əsgərləri həmin sərhəddi dağıdıb, erməni hərbçilərinin o ərazidən çıxmağa məcbur ediblər. O kənddə Zod adlnan qızıl yatağı mövcuddur və beynəlxalq hüquqa görə Azərbaycanın ərazi bütovlüyünə daxildir.

Həmçinin fotolardan görünür ki ərazidə Rusiya sülhməramlılarıda var.

Sosial şəbəkənin Ermənistan seqmentində hal hazırda ən çox müzakirə olunan mövzu məhz budur. Ermənilər bu ərazinin Vardanes rayonuna aid olduğunu və Sotk qızıl yatağı adlandığını iddia edirlər.

Mövzu ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi hələki rəsmi məlumat yayımlamayıb.

Sosial şəbəkələrdə  erməni  tərəfi  video yayıb. Videoda Azərbaycan əsgərlərinin  qızıl  yatağı olan ərazidə  olduğu  görünür.Oxu24

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31