“Senatın qətnaməsi ilə bağlı qəbul edilən etiraz bəyanatı çox sərt olmalıdır”- Deputat

"Fransa Prezidenti müharibə başlayandan dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə zəng edib, yalvarıb ki, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə imkan verməsin. Amma Rusiya münaqişənin Azərbaycanın ərazilərində getdiyini bildirirdi".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deyən deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, vaxtilə ümummilli lider Heydər Əliyev Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olmasına kəskin etiraz edirdi. Amma Fransa bizi inandırmağa çalışırdı ki, obyektiv olacaq. Təəssüf ki, Fransa sözünü tutmadı. Eyni zamanda Azərbaycan o zaman indiki kimi güclü deyildi: " Fransanın qəbul etdiyi bu qətnamə Azərbaycana və Türkiyəyə qarşı olan kininin göstəricisidir. Prezident də dəfələrlə bildirib ki, hər hansı dövlətin qondarma rejimi tanıyacağı təqdirdə həmin dövlətlə bütün əlaqələr dayandırılacaq. Ona görə də indi biz Parisdəki səfirimizi məsləhətləşmələr üçün geri çağırmalıyıq. Həmçinin burada qəbul edilən etiraz bəyanatı çox sərt olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31