Fəzail Ağamalı: “Fransa Senatının qəbul etdiyi qətnamə qərəzlidir”
26 Noyabr 2020 12:29 SiyasətParlamentdə daha bir deputat Azərbaycanın Fransadakı səfirinin geri çağrılması ilə bağlı çağırış edib. "Olaylar" xəbər verir ki, deputat Fəzail Ağamalı bildirib ki, Fransa Senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar. Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir: "Hesab edirəm ki, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik. Bu qələbəni biz ona görə qazandıq ki, Azərbaycan xalqı ordu və Prezident ilə birgə oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31