Fəzail İbrahimli: “Fransanın içi yanır, Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı”
26 Noyabr 2020 12:02 Siyasət"Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır"."Olaylar"ın məlumatına görə, bunu parlamentin iclasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, Fransa senatının üzvləri Əlcazairdə soyqrımı törədən qatillərin nəvələridir: "Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Fransanın içi yanır, sürünür. Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, özü həll etdi. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub. Azərbaycanla danışığın bir forması var. Bizim güvən və güvənc yerimiz var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31