Milli Məclis etiraz bəyanatı hazırlamaq üçün komissiya yaratdı
26 Noyabr 2020 11:37 SiyasətMilli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün komissiya yaradılıb. "Olaylar" xəbər verir ki, Parlamentin sədri Sahibə Qafarova deyib ki, təklif var Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün komissiya yaradılsın. Sədr bildirib ki, komissiyanın sədri Səməd Seyidov, komissiyanın üzvləri Cavanşir Feyziyev, Əminə Ağazadə, Fazil Mustafadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31