Səfir Braziliyanın Deputatlar Palatasının Prezidenti ilə görüşdü

Braziliyanın Deputatlar Palatasının Prezidenti cənab Rodriqo Maya səfir Elxan Poluxovu qəbul edib. Olaylar.az bildirir ki, görüş zamanı E.Poluxov sentyabr- noyabr aylarında Azərbaycan Silahlı qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalından azad olunduğu haqqında məlumat vermişdir. Bildirilmişdir ki, azad olunmuş torpaqlarda olan bütün yaşayış məntəqələr və infrastruktur dağıdıldığından, ölkə rəhbəri Prezident İlham Əliyevin tapşırığı əsasında orada genişmiqyaslı bərpa işləri başlanılıb və davam etdirilir.

"Olaylar" Braziliyanın Deputatlar Palatasının Prezidenti cənab Rodriqo Maya səfir Elxan Poluxovu qəbul edib. Olaylar.az bildirir ki, görüş zamanı E.Poluxov sentyabr- noyabr aylarında Azərbaycan Silahlı qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalından azad olunduğu haqqında məlumat vermişdir. Bildirilmişdir ki, azad olunmuş torpaqlarda olan bütün yaşayış məntəqələr və infrastruktur dağıdıldığından, ölkə rəhbəri Prezident İlham Əliyevin tapşırığı əsasında orada genişmiqyaslı bərpa işləri başlanılıb və davam etdirilir. Azərbaycanda dərin multukulturalizm ənənələrinin olduğunu söyləyən səfir, ölkədə bütün dinlərə və etnik qruplara hörmətlə yanaşıldığı və Dağlıq Qarabağda yaşayan ermənilərin bütün vətəndaş hüquqlarının təmin ediləcəyini vurğulanmışdır.

Cavab olaraq Deputatlar Palatasının Prezidenti cənab R.Maya bölgədə sülhün bərqərar olduğu xəbərinin böyük məmnuniyyət hissi ilə qəbul etdiyini söyləmişdir. Prezident Maya ölkələrimiz arasında sıx əlaqələrin olduğunu və bunun inkişaf etdirilməsi üçün potensialın mövcudluğunu da vurğulamışdır. Siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən bu əlaqələrdə, parlamentlər arası münasibətlərin də vacib rolu qeyd olunmuşdur. Sonra həmsöhbətlər ikitərəfli əlaqələrin genişlərndirilməsi istiqamətində məsələləri müzakirə etmişlər. Sonda səfir E.Poluxov Prezident R.Mayanı yaxın gələcəkdə Azərbaycana səfərə və işğaldan azad edilmiş əraziləri ziyarət etməyə dəvət etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31