Fransa Senatının məlum sənədə səsverməsində saxtakarlıq olub
26 Noyabr 2020 09:25 SiyasətFransa Senatının hökuməti separatçı qondarma Qarabağ qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinin səsverməsində saxtakarlıq olub.
Yekun səsvermədə qətnamənin əleyhinə yalnız bir nəfərin səs verdiyi göstərilsə də, bunun yalan olduğu üzə çıxıb. Əslində konkret olaraq iki nəfərin qətnamənin əleyhinə səs verdiyi artıq məlumdur.
Senator Natali Gule bildirib ki, qətnamənin əleyhinə səs versə də, sistemdə yanlışlıq olduğu üçün səsi nəzərə alınmayıb. Siyahıda xanımın da adı lehinə səs verənlər arasındadır.
N.Gule siyahıda adı göstərilən senatorun kimliyini də açıqlayıb. Bu, Silviya Goy-Chavent adlı xanım senatordur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31