Azərbaycanın iqtisadi potensial, güclü ordu və Prezident İlham Əliyevin qətiyyəti qələbəni təmin etdi
24 Noyabr 2020 16:19 Siyasət30 ildən sonra rəşadətli Azərbaycan Ordusu işğal alında olan ərazilərimizi düşmən tapdağından azad etməyi bacardı. Əslində bu qələbə bizə elə də asan başa gəlmədi, bunun üçün illərlə aparılan hazırlıq işi sayəsində cəmi 44 gün ərzində qələbə tənin edildi. Sirr deyil ki, ötən müddət ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən qələbə üçün lazım olan bütün işlər görülmüşdü. Başqa sözlə, Azərbaycanın parlaq zəfərini şərtləndirən amillər olan diplomatik, iqtisadi, hərbi, mənəvi-psixoloji və digər sahələrdə bütün lazımi addımlar atılmışdı. Etiraf edilməlidir ki, ötən 30 il ərzində Azərbaycan diplomatik sahədə böyük işlər gördü. Dövlət başçısının elan etdiyi "hücum diplomatiyası" sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli istiqamətində hüquqi baza formalaşdı. Sirr deyil ki, beynəlxalq ictimaiyyət heç Ermənistanı münaqişənin tərəfi kimi tanımaq niyyətində deyildi. Lakin həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində nəinki Ermənistan münaqişənin tərəfi kimi tanındı, hətta danışıq masası ətrafında əyləşdirildi. Üstəlik Azərbaycanın şərtləri əsasında ilkin baza prinsipləri formalaşdı. Hansı ki, münaqişənin dinc yolla həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu üzvlərinin vasitəçiliyi ilə sözügedən baza prinsipləri Ermənistan tərəfini kompromisə gətirməyə əsas oldu. Paralel surtədə davam etdirilən diplomatik gedişlər nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri, onun tarixi həqiqətləri və real vəziyyət dünya ictimaiyyətinə çatdırıldı. Bir sözlə, Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində ölkəmiz Ermənistanın və havadarlarının yaratdığı mfləri daıdıldı. Dünya mətbuatında xüsusi üstünlüyə malik erməni disporası Azərbaycan tərəfinin həyata keçirdiyi informasiya mübarizəsi nəticəsində üstünlük əldən vermək məcburiyyətində qaldı. Beləliklə, Azərbaycan informasiya müharibəsində qələbə qazandı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyev dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı.
"Hücum doplomatiyası" qələbənin hüquqi bazasını təmin etdi
Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla apardığı səmərəli iş sonda qarşılıqlı əməkdaşlığa çevrildi ki, bu da öz növbəsində qələbəni təmin edən hüquqi bazanın yaranmasında müstəsna rol oynadı. Xüsusən, Azərbaycan Prezidentinin bütün beynəlxalq təmaslarda, ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, beynəlxalq tədbirlərdə iştirakı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin, tarixi və mövcud vəziyyət haqqında həqiqətlərin çatdırması öz sözünü dedi. Nəticədə BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və s. aparıcı beynəlxalq qurumlar Azərbaycanın maqraqlarını ifadə edən qərar və qətnamələr qəbul etdilər. Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı dəstəkləndi.
Mənəvi-psixoloji hazırlıq xalqı dəmir yumruq kimi birləşdirdi
Qələbəni təmin edən amillərdən biri də milli-ideoloji, mənəvi-psixoloji hazırlıq məsələsi idi ki, bu sahədə də mühüm işlər görülmüşdü. Belə ki, Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə bütün çıxışlarında hər bir Azərbaycan vətəndaşını müqəddəs zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmağa ardıcıl çağırışlar etdi və bu hazırlıq işi hamını məqamı çatanda bir nöqtəyə vurmağa kökləməyi bacarmışdı. Məhz bunun nəticəsi idi ki, Vətən savaşında bütün Azərbaycan xalqı onu ümdə arzularına qovuşduran Lideri ətrafında yumruq kimi birləşdi. Vətən övladları döyüş meydanında böyük rəşadət və inanılmaz şücaət nümayiş etdirdi. Şuşanın azad edilməsindəki qeyri-adi qəhrəmanlıq nümunələri tarixdə əbədi qalmağa layiqdir. Şuşada yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşmən məhv edildi, Qarabağın tacı olan Şuşa azad olundu. Yüksək mənəvi-psixoloji hazırlıq, bir amal uğrunda tam səfərbər olmaq bacarığı Azərbaycanın parlaq qələbəsini şərtləndirən mühüm amildir. Azərbaycanqələbəni dəmir yumruq, birlik, əzm, iradə və güc hesabına qazandı.
Dayanıqlı iqtisadiyyat güclü ordu yaratmağa imkan verdi
Vətən müharibəsində qələbəni şərtləndirən vacib amillərdən biri də dayanıqlı iqtisadiyyatın təmin edilməsi idi ki, ölkmiz bu sahədə də ciddi naliyyətlər əldə etmişdi. Belə ki, həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi müstəqilliyi təmin edilmişdi. İqtisadi baxımdan heş bir ölkədən asılı olmayan Azərbaycan daxili iqtisadi potensialı hesabına böyük maliyyə imkanı əldə etmişdi. Düşünülmüş iqtisadi siyasət nəticəsində xarici maliyyədən asılı olan ölkədən donor ölkəyə çevriən Azərbaycan güclü Ordu yarada bilmişdi. Azərbaycan Ordusunun ən müasir hərbi texnikaya malik olması, ordunun maddi-texniki təchizatının ən yüksək səviyyədə olması heç kimə sirr deyil. İqtisadi və maliyyə baxımından heç bir dövlətdən, heç bir beynəlxalq təşkilatdan asılı olmayan Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında özünə yer almışdı. Məhz iqtisasdi baxımdan güclü olan Azərbaycan beynəlxalq miqyasda öz prinsipial və qətiyyətli mövqeyini müdafiə etdi, heç bir qüvvənin qarşısından geri çəkilmədin siyası və hərbi şərtlərini irəli sürməklə torpaqlarını işğaldan azad etməyi bacardı. Beləliklə, Azərbaycan güclü iqtisadi potensial, müstəqil siyasət, güclü ordu və Prezident İlham Əliyevin qətiyyəti, əzmi, iradəsi hesabına bütün təzyiqlərə sinə gərdi, arxasında böyük dövlətlər, çox nüfuzlu dairələri, lobbi təşkilatları dayanan Ermənistan məğlub etdi.
Alim
Olaylar.az