Qarabağla bağlı Türkiyə-Rusiya dialoqu nəticə verdi

Qarabağdakı böhranlı situasiya zamanı ortaya çıxan Rusiya-Türkiyə dialoqu nəticəsini verir.Olaylar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentin büdcə komissiyasında çıxışı zamanı deyib."Biz bu strateji yanaşmanı davam etdirəcəyik", - deyə o bildirib.Çavuşoğlu Qarabağ Bəyanatının ortamüddətli və uzunmüddətli perspektivdə bütün regiona, o cümlədən Ermənistana fayda gətirəcəyini deyib. O, Türkiyənin regionda sülh və stabillik istədiyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31