Əlcəzair səfiri: “Beynəlxalq hüququn bərpasından sonra Füzuli şəhərini abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb”

Əlcəzairin Azərbaycandaki səfiri Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin işğaldan azad olunmuş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.

Bu barədə "OLAYLAR" -a Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb. Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31