Rusiya Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir - Lavrov
21 Noyabr 2020 14:19 SiyasətRusiya üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir.
Olaylar.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanış razılaşma bu məsələlərin həll olunmasına imkan yaradır:
"Bölgədə fəaliyyət göstərən sülhməramlılarla yanaşı, prezident Putinin fərmanı ilə yaradılan qurumararası mərkəz artıq işə başlayır və bu məsələləri nəzarətdə saxlayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31