Deputat: “İlham Əliyevə “Xilaskar” ordeni verilsin”
“Təklif edirəm ki cənab prezidentə “Xilaskar” ordeni verilsin”. “Olaylar” xəbər verir ki, bunu parlamentin plenar iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib.
20 Noyabr 2020 14:09 Siyasət"Təklif edirəm ki cənab prezidentə "Xilaskar" ordeni verilsin". "Olaylar" xəbər verir ki, bunu parlamentin plenar iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib. Deputat qeyd edib ki, qələbəmizin təmin olunmaında mütəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan İlham Əliyevin təltif olunmasını təklif edib: "Məncə bu ədalətli olardı ki xüsusi olaraq bir nüsxədə xilaskar ordeni təsis edilsin və cənab prezident "Xilaskar" ordeni ilə təltif olunsun".
Deputat Məlahət İbrahimqızı da deputat həmkarınn təklifini dəstəklədiyi deyib: "Torpaqları işğaldan azad edilən dövlətlərin sərkərdələrinə verilən ordenlərə nəzər saldım. Çox zaman həmin sərkərdələrə ordu marşalı verilib. Təklif edirəm ki, Ali Baş Komandana ordu marşalı verilsin".