Mövcud vəziyyətdə təzyiqlərin əsas ağırlığı Azərbaycanın üzərinə gələcək

"Müharibənin dayandırılması barədə üçtərəfli Qarabağ bəyannaməsindən ABŞ və Fransanın narazılıqları və ya "inciklikləri"üzə çıxdıqca, Azərbaycana Qərbdən təzyiqlər başlayır. Avropa və Amerikadan Azərbaycana təzyiqlər gedərək güclənəcək və buna görə yeni mərhələ informasiya müharibəsinə ciddi şəkildə hazır olmalıyıq." Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

"Müharibənin dayandırılması barədə üçtərəfli Qarabağ bəyannaməsindən ABŞ və Fransanın narazılıqları və ya "inciklikləri"üzə çıxdıqca, Azərbaycana Qərbdən təzyiqlər başlayır. Avropa və Amerikadan Azərbaycana təzyiqlər gedərək güclənəcək və buna görə yeni mərhələ  informasiya müharibəsinə ciddi şəkildə hazır olmalıyıq."

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Ekspert qeyd edir ki, ABŞ və Fransa Qarabağ problemi kontekstində gedən indiki proseslərdən niyə narazı və ya niyə incik düşdüklərinin səbəbləri aydındır:

"Bölgəmizdə Rusiya və Türkiyənin mövqeyi güclənir, Qarabağ sülh tənzimlənməsində aparıcılıq bu iki ölkənin əlinə keçir, ABŞ və Fransanın Qarabağ sülh nizamlanmasında və ümumən Cənubi Qafqazda mövqeləri zəifləyir, Xəzər və Mərkəzi Asiyanın enerji daşıyıcılarının Azərbaycan ərazisi ilə  Qərbə nəql marşrutları üzərində Rusiyanın təsirlərinin güclənmə ehtimalı çoxalır və  nəhayət, Qərbin heç məmnun qalmadığı Türkiyə-Rusiya əməkdaşlıq formatı yeni məzmunlarda daha da güclənir.

Mövcud vəziyyətdə təzyiqlərin əsas ağırlığı Azərbaycanın üzərinə gələcək. Çünki proseslərin əsas faktoru məhz Azərbaycandır. Azərbaycana görə qardaş Türkiyə regionumuzda fəallaşır, Türkiyənin fəallaşmasına görə Rusiya regionda öz  hərbi iştirakını gücləndirir, məhz Azərbaycana görə formalaşan Türkiyə -Rusiya regional tandemi ABŞ və Fransanın, bütünlüklə Qərbin Cənubi Qafqazda irəliləyişini əngəlləyən amilə çevrilir. Demək, bu gün regionumuzda baş verən hər şeyin yaxşı mənada "işlər başı" Azərbaycandır."

Aydın Quliyev  təzyiqlərin artıq başladığını qeyd edir: "Hələlik iki fakt var: Hollandiya parlamenti Azərbaycana sanksiyalar qərarı verib, Paris meriyası artıq  "yerlə yeksən edilmiş" qondarma "DQR"-i tanımağa hazırlaşır. Faktların arxası da gələcək və Azərbaycana təzyiqlər özünü bir neçə forma və istiqamətdə göstərəcək.

1.10 noyabrda imzalanmış üçtərəfli atəşkəs sənədinin məzmununun təftiş edılməsi...

2.Müxtəlif vasitələrlə Azərbaycanda və Ermənistanda atəşkəs razılaşmasına qarşı narazılıqlar yaratmaq və kütləviləşdirmək..

3.Qondarma "DQR"-i tanımaq hədələri ilə şantaj..

4.Azərbaycanda insan haqları, demokratiya və seçki məsələlərini daimi müzakirə, təftiş və tənqid mövzusuna çevirmək.

5.Azərbaycanda müxalifətin köhnə radikal qanadını  fəallaşdırmaq və yeni radikal qanadlar formalaşdırmaq...

Əvvəlki dövrlərdən də çətin və mürəkkəb informasiya müharibəsinə hazır olmalıyıq..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31