MVP Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi

"27 illik həsrətə, ayrılığa, məcburi köçkün həyatına son qoyuldu. Bu gündən etibarən Ağdam rayonu da erməni işğalından azaddır və bu münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik". "OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının Ağdamın işğaldan azad edilməsi münasibətilə yaydığı təbrik mesajında yer alıb. Təbrik mətnində qeyd edilib ki, Ağdamın, eləcə də digər işğaldan azad edilən ərazilərimizin Vətən torpağının bir parçasına çevrilməsində, ölkəmizin bütövləşməsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin xidmətləri misilsizdir və bu təbrik daha çox Ali Baş Komandan və onun müzəffər ordusuna düşür: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə digər işğaldan azad olunan ərazilər kimi Ağdam rayonun da quruculuq-abadlıq işləri həyata keçiriləcək və infrastruktur yaradılacaq".

MVP-nin tərbik mətnində daha sonra qeyd edilir: "Ağdam rayonunun, eləcə də digər işğaldan azad edilmiş rayonların düşməndən təmizlənməsi bir daha Azərbaycan dövləti və onun qüdrətli ordusunun gücünü, potensialını ortaya qoydu. Bir daha qələbə münasibətilə Azərbaycan xalqını, onun prezidentini, Ali Baş Komandan Cənab İlham Əliyevi və Azərbaycan Ordusunu təbrik edir, öz minnətdarlığımızı ifadə edirik. Qarabağ Azərbaycandır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31