Türkiyədən Ağdamın azad edilməsinə REAKSİYA

Türkiyə Ağdam rayonunun erməni işğalından azad edilməsini alqışlayır.

Türkiyə Ağdam rayonunun erməni işğalından azad edilməsini alqışlayır.

Olaylar.az bildirir ki, bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ağdam rayonunun işğaldan azad edilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün mühüm hadisədir:

"Biz Azərbaycan xalqını uzun illər Ermənistanın işğalında qalmış Ağdamın azad edilməsi münasibətilə təbrik edirik. Türkiyə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması prosesini diqqətlə izləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31