İncitməyin şəhid ruhlarını...
20 Noyabr 2020 10:36 SiyasətDesəm ki, şəhidləri bolməyin, gənc olması, ailənin tək uşagı olması, necə bacının tək qardaşı olması, bəy xonçasının boş qalması, əsgərliyə hələ 3 aydı getməsinə və s. yə , hamı düşəcək üstümə.
Etməyin, dostlar. Şəhidsiz Vətən olmaz, torpaq olmaz.
Şəhidin də cavanı, qocası, tək ogulu, subayı olmaz.
Hər kəsin övladı əzizdi. "3 ayın əsgərini niyə döyüşə göndəriblər, deyənin qabagında, tək qardaşını itirən bacılar dikələr.
Xonçası boş qalan ogulların nişan üzüyünü qəbrinin üstünə qoyan və "toyunu görə bilmədik" deyən analarla, atasız qalan körpəsini bagrına basan cavan gəlinlər üzbəüz dayanar.
Şəhidlər bölünməz.
İgidlərimiz göydən baxır bizlərə.
Onların ruhu azad edilən torpaqlarımızda çox xoşbəxtdi.
İncitməyin şəhid ruhlarını.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31