Hulusi Akar: “Şimali Kiprin haqqına, hüququna sahib çıxacağıq”
18 Noyabr 2020 14:42 Siyasət"Türkiyə olaraq Şimali Kipr Türk Respublikasının haqqına, hüququna sahib çıxacaq, heç bir şəkildə əzdirməyəcəyik". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulus Akar səsləndirib. Akar bildirib ki, Şimali Kiprin təhlükəsiz olması üçün əlimizdən gələni etməyimiz lazımdır: "Təhlükəsizlik təmin edilsin ki, bunun arxasından rifah gələ bilsin. Bu məsələdə bizim mövqeyimiz bəllidir. Şimali Kipr Türkiyənin milli bir məsələsidir. Yeni dönəmdə də bu eyni şəkildə davam edəcək. Daha əvvəlki mövqeyimiz, durum və düşüncələrimiz nə idisə, indi də eyni baxışda, mövqedəyik.
Tədqiqat gəmilərinin Doğu Akdenizdə fəaliyyətlərini davam etdirdiyini deyən Hulusi Akar deyib ki, biz də onların təhlükəsizliyinə çalışırıq: "Bu məsələdə qərarlıyıq. TSK olarak bizlər quruda, dənizdə, havada ölkəmizin və millətimizin haqq və mənfəətlərini qorumaqda qərarlıyıq".