Qarabağa sülhməramlıların daşınması ilə bağlı 170-dən çox reys həyata keçirilib- Rusiya MN
Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin növbəti hərbi-nəqliyyat təyyarələri Ermənistana yola düşüb.
18 Noyabr 2020 11:20 SiyasətRusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin növbəti hərbi-nəqliyyat təyyarələri Ermənistana yola düşüb.
Olaylar.az-ın Rusiya Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyətini və hərbi texnikaları daşıyan daha bir neçə İl-76 və An-124 "Ruslan" hərbi-nəqliyyat vasitəsi Ulyanovsk-Vostoçnıy aerodromundan yola düşüb və İrəvanda aerodroma eniş edib.
Bildirilib ki, noyabrın 10-dan etibarən Ermənistana 170-dən çox reys həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31