Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
“Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan uzunmüddətli dövlət siyasəti var”
18 Noyabr 2020 11:12 Siyasət"Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan uzunmüddətli dövlət siyasəti var". "Olaylar" xəbər verir ki, bu fikir Avstraliya Xarici İşlər Nazirliyinin Avstraliya-Azərbaycan-Turk Dostluq Birliyinin sədri İmaməddin Qasımova ünvanladığı cavab məktubunda bildirilib. Məktubda qeyd edilib ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı Avstraliya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və müdaxilə etməyə çalışmır: "Münaqişə hərbi yolla deyil, tərəflər arasında danışıqlar vasitəsi ilə həll olunmalıdır. Xarici İşlər Nazirinin 1 oktyabr açıqlamasında "mübahisəli ərazilərdən" bəhs etməsi münaqişənin özünə istinad edir və Avstraliyanın mövqeyində hər hansı dəyişikliyi əks etdirmir".
Qeyd edək, 2 oktyabr 2020-ci il tarixində İmaməddin Qasımov Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və ərazi bütövlüyünün tanınması ilə bağlı Avstraliya hökumətinə müraciət edib.