Ərdoğan qanunu təsdiqlədi-Türk Ordusu Azərbaycana gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb.
18 Noyabr 2020 10:53 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb. "Olaylar" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə layihə parlamentin iclasında müzakirəyə çıxarılıb və qəbul edilib. Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Azərbaycandakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Məlumatda qeyd olunur ki, Azərbaycan ordusu ərazi bütövlüyünün təmin edilməsi istiqamətində böyük uğur əldə edib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, Rusiya və Türkiyə arasında atəşkəsin monitorinq mərkəzinin yaradılması qərara alınıb: "Türkiyə hər zaman Azəbaycanın yanında olub və bundan sonra da olmağa davam edəcək. Türkiyənin Azərbaycana verdiyi dəstək Azərbaycanın suverenliyinin qorunması üçün beynəlxalq hüquqa əsaslanır".