Səfir bir sıra görüşlər keçirdi
Braziliya Senatının Birinci Vitse Spikeri, Senatda Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri cənab Antonio Anastasianın dəvəti ilə səfir Exan Poluxov Minas Gerais ştatının paytaxtı Belo Horizonte şəhərinə səfər etmiş və bir sıra görüşlər həyata keçirib. Olaylar.az bildirir ki, səfərin ilk günündə E.Poluxov ştatın Sənayeçilər İttifaqının (FİEMG) Prezidenti cənab Flavio Roscoe Noguveira ilə görüş keçirmişdir. Səfir ölkəmizin iqtisadi potensialı, müharibədən sonra yaranmış vəziyyət, azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinə dair həmsöhbətə məlumat verilmiş, Azərbaycan-Braziliya arasında mümkün əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılmışdır.
18 Noyabr 2020 10:05 SiyasətBraziliya Senatının Birinci Vitse Spikeri, Senatda Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri cənab Antonio Anastasianın dəvəti ilə səfir Exan Poluxov Minas Gerais ştatının paytaxtı Belo Horizonte şəhərinə səfər etmiş və bir sıra görüşlər həyata keçirib. Olaylar.az bildirir ki, səfərin ilk günündə E.Poluxov ştatın Sənayeçilər İttifaqının (FİEMG) Prezidenti cənab Flavio Roscoe Noguveira ilə görüş keçirmişdir. Səfir ölkəmizin iqtisadi potensialı, müharibədən sonra yaranmış vəziyyət, azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinə dair həmsöhbətə məlumat verilmiş, Azərbaycan-Braziliya arasında mümkün əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin, iştirak edən iş adamları müxtəlif sual vermiş və çıxışlar etmişlər.
Səfir E.Poluxov ştatın qanunverici orqanının Prezidenti, deputat Agostino Patrus ilə görüş keçirmişdir. A.Patrus müharibənin sona çatması ilə bağlı qonağa təbrik sözlərini ifadə edərək, ölkəmiz ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmiş, bu istiqamətdə A.Anastasianın apardığı işlərdən xəbərdar olduğunu qeyd etmişdir. Cavab olaraq səfir E.Poluxov, Ermənistan-Azərbaycan müharibəsi, onun ağır nəticələri, mülki əhalinin hədəfə alınması və ölkə rəhbərliyimizin bölgədə sülhün bərqərar olmasına dair mövqeyi barədə məlumat vermişdir. Həmçinin, səfir Ermənistanın atdığı addımlar haqqında məlumatları təqdim edərək, yerli qanunverici orqanının deputatlarının məlumatlandırılmasını həmsöhbətdən xahiş etmişdir. Öz növbəsində görüşdə iştirak edən A.Anastasia, müharibənin sona bitməsi ilə əlaqədar öz təbriklərini ifadə edərək, ölkəmizə səfər zamanı Azərbaycanın həqiqətən multikulturalizm və tolerantlıq məkanı olduğunu təsdiqləmişdir.
Növbəti gün səfir E.Poluxovu Minas Gerais ştatının Vitse Qubernatoru cənab Paulo Brant qəbul etmiş, qonağı məlum müharibənin başa çatması və bununla da çoxsaylı insan həyatlarının xilas olunması ilə bağlı təbrik etmişdir. O, təmsil etdiyi ştatın Azərbaycanla yeni əlaqələrinin qurulmasına şad olduğunu bildirmiş və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu qeyd etmişdir. Cavab olaraq, E.Poluxov Braziliya-Azərbaycan arasında sıx və faydalı əlaqələrin olduğunu və müxtəlif sahələrin -iqtisadi, mədəni, elmi və s. əhatə etdiyini bildirərək, Minas Gerais ştatı ilə eyni formada münasibətlərin qurmağa maraqlı olduğumuzu diqqətə çatdırmışdır. Sonda həmsöhbətə ölkəmiz və münaqişə haqqında məlumatlar təqdim olunmuşdur. Bildirilmişdir ki ölkə başçısı Ali Baş Komandanın cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz şücaət göstərib və onillərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyaraq vətənimizin ərazi bütövlüyün bərpa edilməsinə nail olmuş və bununlada müstəqilliyimizin ilk günlərindən ən ağrılı problemimizi həll etmişdir.
Səfər çərçivəsində E.Poluxov, həmçinin, yerli filarmoniya, ştatın Federal universitetinin rəhbərliyi ilə görüşlər keçirmiş, yerli mətbuatda müsahibələr vermişdir.