Fransa Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi sərgiləyir

Tarix boyu Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Fransa ənənəsinə sadiq qalaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində öz xislərini gizlətməyib. Bu ölkənin  hələ ötən əsrin əvvvəllərində ölkəmizə qarşı sərgilədiyi ədalətsiz mövqeni tarix də dəyişdirə bilməyib. Əsrlər, qənirələr keçib, dünya siyasəti, yanaşma tərzi, dövlətlərarası münasibətlər dəyişib, ancaq Fransa və fransızların Azərbaycana qarşı münasibəti dəyişməyib. Bir-birini əvəz edən ölkə başçıları az və yaxud çox dərəcədə də olsa belə ölkəmizə olan nifrətini gizlədə bilməyib. Hətta yeri gəldikcə açıq şəkildə büruzə verib. Heç şübhəsiz ki, Azərbaycan Ordusunun işğalçı dövlət olan Ermənistan üzərində şanlı qələbəsi Fransanı rahat buraxmır. Azərbaycan torpaqlarını hərbi yolla azad etdikdən sonra Minsk qrupundakı fəaliyyətinə son qoyulan Fransa indi yeni ssenarilər cızmaqla məşğuldur.  Əldə olunan son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa hazırlaşır. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Çünki Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Aparılan qısa araşdırma göstərir ki, Fransa meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Özünü ermənilərin himayədarı kimi göztərməyə can atan Parisin meri Anna İdalqo 2015-2018-ci illərdə Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb. Heç şübhəsiz ki, həmin görüşlərdə Azərbaycana qarşı gizli əməkdaşlıq barədə razılıq əldə olunub. Ötən müddətdə isə həmin razılaşmanın mərhələlərlə həyata keçirildiyinin şahidi olmuşuq. Həmçinin, Ann İdalqo Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. Paris meri seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar.

Məlumata görə, Ann İdalqo Fransa ermənilərinin təşkil etdiyi bütün tədbirlərdə iştirak edib. Bir çox tədbirlərdə isə bu ölkənin prezidenti Makronnun yanında yer alıb. Konkret olaraq mer Fransada erməni kilsəsinin açılışında iştirak edib. Bununla kifayətlənməyərək ermənilərin sevgisinin qazanmaqdan ötrü qondarma "erməni soyqırımı" ilə bağlı tvitlər paylaşıb. Elə bu sevgidən dolayı Fransada Erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Toronyanın qızı Anuş Toronyanı öz müavini təyin edib. Hansı ki, Anuş Toronyan ermənisevərliyi ilə dillər əzbəri olub. Sadalanan faktlar Fransanın uzun illərdən bəri Azərbaycanın əlehinə çalışdığı gün kimi aydın olur. Belə ki, ATƏT MQ həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib.  Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb.  Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31