Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır
17 Noyabr 2020 15:06 SiyasətParis meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır.
Olaylar.az-ın məlumatına görə, bu barədə diplomatik mənbələrdən bildirilib.
Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur.
Bu proses Fransanın son dövrlər, eləcə sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür.
Ermənilərə yaxınlığı ilə tanınan E. İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib.(apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31