Ermənistanın Kəlbəcərə vurduğu ziyana görə də təzminat istəniləcək
“Ermənistanın Kəlbəcərdə törətdiklər barbarlıq və vandalizm olmaqla yanaşı bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək”.
17 Noyabr 2020 13:55 Siyasət"Ermənistanın Kəlbəcərdə törətdiklər barbarlıq və vandalizm olmaqla yanaşı bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək".
"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, 27 il işğal altında olan rayonumuzda qeyri-qanuni məskunlaşan ermənilərin ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının da göstəricisidr: "Doğrayaraq Ermənistana daşıdıqları meşələrdə əksəriyyəti 100 illik qədim ağaclardır. Bu Ermənistanın 27 il işğal altında saxladıqları bütün digər ərazilərimizdə olduğu kimi Gəlbəcərdə də necə ekoloji soyqırım etdiyini göstərir. Yandırdıqları evlərin çoxları işğaldan əvvəl bizlərin inşa etdiyimiz tikililərdir. Bütün bunlara rəğmən Azərbaycan tezliklə bərpa və quruculuq mərhələsinə qədəm qoyacaq".