Ermənistanı istefa dalğası bürüyüb "Hraparak" qəzeti yazır
Hakimiyyət və bütün hökumət sisteminin piramidası çökür
17 Noyabr 2020 10:40 SiyasətHakimiyyət və bütün hökumət sisteminin piramidası çökür. Olaylar.az xəbər verir ki, Ermənistana məxsus hayeli.am saytının yayımladığı məlumata görə bu barədə "Hraparak" qəzeti yazır.
Qəzet yazır ki, dünən xarici işlər naziri Zohrab Mnasakanyan istefa verib, müavini Şavarş Köçəryan, nazirin müşaviri Ruben Karapetyan, xüsusi təyinatlı səfir Karen Mirzoyan da ardıcıl olaraq istefaya gediblər. Qeyd olunur ki, Ətraf mühit nazirinin müavini İrina Kaplanyan və qərargah rəhbəri Varaq Siseryan da istefa ediblər. Həmçinin diqqətə çatdırılır ki, millət vəkili Qayane Abrahamyan da istefa verdiyini açıqlayıb, Taquhi Tovmasyan və Lusine Badalyan "Mənim addımım" fraksiyasını tərk ediblər. Nəşr xüsusilə vurğulayır ki, istefaların bununla bitməyəcəyi güman edilə bilər və hökumət nümayəndələri çətin ki, Nikol Paşinyanın səhvlərinə görə məsuliyyəti öz üzərlərinə götürməyə razı olsunlar.(sia)