Braziliyada Azərbaycan əsgərləri və mülki əhalinin xatirəsi anıldı
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyi İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin və mülkü əhalinin xatirəsinə anım mərasimi təşkil edib. Olaylar.az bildirir ki, tədbir Braziliyanın 100 min erməni icmasının əsas hissəsinin yaşadığı Sao Paulo şəhərində, kilsələrin birində, Azərbaycanın Braziliyadakı dostlarının təşəbbüsü və Səfirliyin dəstəyi ilə baş tutub.
17 Noyabr 2020 10:35 SiyasətAzərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyi İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin və mülkü əhalinin xatirəsinə anım mərasimi təşkil edib.
Olaylar.az bildirir ki, tədbir Braziliyanın 100 min erməni icmasının əsas hissəsinin yaşadığı Sao Paulo şəhərində, kilsələrin birində, Azərbaycanın Braziliyadakı dostlarının təşəbbüsü və Səfirliyin dəstəyi ilə baş tutub.
Anım mərasimi müddətində kilsənin keşişi Azərbaycan hərbçilərinin ölkələrinin suverenliyi uğrunda müharibədə göstərdiyi qəhrəmanlıq mübarizəsi və adi insanların Erməni təcavüzü nəticəsində çəkdikləri əzablar haqqında məlumatları əks etdirən tədbirin təşəbbüskarlarının müraciətini oxudu. Bu təşəbbüsə görə, tədbir təşkilatçılarına minnətdarlıq əlaməti olaraq, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi kilsəyə xatirə çələngi göndərib.