ON GÜN… Jalə Mütəllimova-Seyidli YAZIR

İnsanlar səbirsizdir, gərgindir, əsəbidir. Qırx dörd günün müharibəsinin başqa dövlətlər və millətlər qırx dörd il sürdürür. Amma bizdə tərsinə oldu. Otuz il dövlətili, xalqlı, sülh, sülhlə, sülhün, sülhdə, bir sözlə isimin bütün hallarında sülh sözünü hallandıra-hallandıra qapıları döydük. Bəlkə elə düşündülər ki, həmişə belə olacaq. Nə də olsa region və dövlətlərin tarixini oxuyanlar, bilənlər bilir ki, az qala üç əsirə yaxındır Azərbaycan torpaqlarının işğalı ilə bağlı vəziyyət belə olub. Yəni biz yalvarmışıq ki, işğal etməyin, dəyməyin, sülh olsun. Onlar da bizi əzib keçib, işğal edib. Biz kiriyib oturmuşuq, özümüzə və torpaqlarımıza yas saxlamışıq.
İndi vəziyyət başqadır. İndi Azərbaycan dövləti, Prezidenti və xalqı ilə hesablaşmağa başlayıb düşməni. Çünki biz dostu, düşməni seçdik. Ən vacibi içimizdən bir xeyli "siyasi xıltı" uzaqlaşdıra bildik.

Məsələ gəlib ora dirənib ki, başımıza yaxşı "oyunlar" gəlib. Məsələn, Füzuli "oyunu", Cəbrayıl "oyunu", Hadrut "oyunu". Ən nəhəng "oyun" Şuşa oyunu idi. Biz onu atrıq xəyal da edə bilmirdik. Bu sayı iki yüzdən artıq edəcək Azərbaycan dövləti. Sadəcə on gün dözmək lazımdır. Lazımdır ki, başımıza Kəlbəcər, Laçın, Ağdam "oyunu" da gəlsin.

Əvvəla bir məqama diqqət etmək vacibdir. Rusiya və Putin o qədər sadəlöhv dövlət və siyasətçi deyil. Dünyanın yeni düzənə girdiyini də anlayırlar, bu düzəndə ermənilərin yerini də hesablaya bilirlər. Onu da aydın görürlər ki, artıq Rusiya dövləti Ermənistanı tam olaraq maliyyələşdirə bilmir. Dövlət olaraq büdcə vəsaitini Rusiyadan aldığına erməniləri ölkələrinin boğazında çatı hesab edirlər ruslar. Və sosial şəbəkələrdə bunu çox aydın ifadə edirlər. Təbii illər sonra Rusiya da öz siyasi davranışlarına və mansibətlərinə diqqət etməyin zamanı yetişdiyini anlayır.

Odur ki, Dağlıq Qarabağ savaşında Azərbaycanı dəstəkləyən postsovet ölkələri habelə Azərbaycanın özü ilə münasibətləinə yenidən baxmalı oldu. Üstəlik işin içində Türkiyə cümhuriyyətinin olması, Rusiyaya yeni və yeni dünya düzənində vaciblərdən olan Türkiyə kimi müttəfiq qazandırırsa, niyə Ermənistan seçilsin ki?!

İndi hər kəs on günə, yəni ermənilərin Kəlbəcərdən çıxışını təmin etmək üçün müddətin uzadılmasından dolayı narahatdır. Hansı ki, bu da planın tərkib hissəsi, daha dəqiqi Azərbaycanın planının bir hissəsi ola bilər.

Bunu ən vacib səbəblərindən biri Türkiyə sülhməramlılarının Dağlıq Qarabağa gəlməsi barədə Türkiyə Böyük Millət Məclisində sənəd qəbulunun bir neçə gün yubanmasıdır.

İkincisi, dünya bu zamana qədər, erməniyə olduğu qədər, bizə ədalətli və anlayışlı olmayıb. Yalnız bu il, o da Azərbaycanın daha güclü və ciddi layihələrdə lider olmasından dolayı, habelə Türkiyə ilə strateji ittifaqa getməsi səbəbindən, həmçinin ölkə Prezidentin inisrarlarından, demək olar ki, hər gün müxtəlif dünya KİV-lərinə verdiyi səs-küylü müsahibələrdən sonra informasiya blokadasını yara bilmişik. Biz eyni xətti davam etirməliyik ki, dünyanın əlindən bütün hücum səbəbləri alınsın.

Heç bir halda unutmaq omaz, Azərbaycan tək bir dövlət, ancaq onlarla fərqli, hətta işğalçı mövqedə duranyaxın uzaq qonşularla ərazi bütövlüyünün tamına nail olmaq üçün çox çətin bir yol gedir. Odur ki, Kəlbəcər üçün verilən əlavə on gün, bizə on il kimi gəlsə də, dözmək, dayanmaq, səbirli və emosiyasız olmaq zorundayıq.

Jalə Mütəllimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31