Ermənistan vətəndaş müharibəsi astanasında: düşmən öz qanına yerikləyir - GÜNÜN XƏBƏRİ
Ermənistanda qarşıdurma son, kritik həddə çatıb. Qarabağ müşaribəsində məğlub olan və kapitulyasiya anlaşması imzalayan İrəvanda xalq kütlələri baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
16 Noyabr 2020 12:15 SiyasətErmənistanda qarşıdurma son, kritik həddə çatıb. Qarabağ müşaribəsində məğlub olan və kapitulyasiya anlaşması imzalayan İrəvanda xalq kütlələri baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Paşinyan isə "məxməri inqilab" kimi qələmə verilmiş, ssenarisi ABŞ-da hazırlanmış dövlət çevrilişi nəticəsində əldə etdiyi hakimiyyətdən getmək niyyətində deyil.
Tam əksinə, o, hakimiyyətini qorumaq üçün bütün vasitələrdən yararlanmaq niyyətindədir.
İrəvanın mərkəzindəki Respublika Meydanında etiraz aksiyalarının səngimədiyini və situasiyanın fasiləsiz kəskinləşdiyini görən Paşinyan tərəfdarlarını toplamağa çalışır.
O, Facebook-dakı səhifəsində yazıb: "Bu gün ön cəbhədə olan əsgərlərmizin onlarla videosuna baxdım. Onların dərin təfəkkürünə, zəkasına heyran qaldım. Uşaqlar, siz haqlısınız. Sizi İrəvanda gözləyirəm. Divarlar altında ulaşanların məsələsini birdəfəlik həll etmək üçün".

N.Paşinyanın rəhbərlik etdiyi, iqtidarda olan "Addımım" blokunda isə parçalanmalar başlayıb. Daha doğrusu, Ermənistanın baş nazirinin Facebook səhifəsindəki son açıqlaması sosial şəbəklərlə yanaşı, ermənilər arasnıda çox böyük hiddətlə qarşılandığından qopmalara təkan verilib.
İlk əvvəl Ermənistanın baş nairinin müavini Tiqran Avinyanın dəftərxanasının rəhbəri Varaq Siseryan vəzifəsindən istefa verib, "Addımım"ı tərk edib.
Daha sonra Ermənistanın ombudsmeni Arman Tatoyan baş nazirin açıqlamasını kəskin şəkildə pisləyib.
"Addımım"dan olan deputatlar Qayane Abramyan, Taqui Tovmasyan, Lusine Badalyan da mənsub olduqları siyasi təşkilatdan ayrıldılar. Beləcə, Ermənistanda artıq 4 millət vəkili "Addımım"ı tərk etdi.

Onlara ətraf mühitin mühafizəsi nazirinin müavini İrina Kaplanyan da qoşulub.
Siyasi rəqiblərinə və ölkə müxalifətinə əvvəlcə mediada, sonra parlamentdəki müzakirələrdə və küçələrdəki aksiyalarla məğlub olan, sonucda məhkəmə instansiyalarında uduzan N.Paşinyan son çarə arayır.
O, siyasi rəqibləri barədə cinayət işləri açdırsa da, sonradan məhkəmələr o işləri əsassız elan edərək ləğv etmişdi.
Bu arada Ermənistanın ombudsmanı Arman Tatoyan bəyan edib ki, baş nazir Nikol Paşinyanı tənqid edən "Mənim addımım" blokundan olan deputatlardan biri ölümlə hədələnib.
O bildirib ki, deputat özü ombudsmana müraciət edib.
Tatoyanın sözlərinə görə, polis dərhal deputatların təhlükəsizliyini təmin etmək üçün addımlar atmalıdır.
Bütün bunlar Ermənistanda vətəndaş savaşı ehtimallarını artırır.
Nikol Paşinyan Qarabağdakı məğlubiyyətdən şoka düşərək depressiyaya qapılmış erməniləri hədələyir, narazı xalqı və müxalifəti ona sadiq hərbçilərlə qorxutmağa çalışır.
Bu gün canlı yayımda sualları cavablayan N.Paşinyan bildirib: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar asan deyildi. Çox ciddi çətinliklərlə üzləşirdik. Təbii, savaş olmaya da bilərdi. Lakin bunun üçün Qarabağın 7 rayonunu və Şuşanı Azərbaycana təhvil verməliydik. Mahiyyət etibarilə savaş çağırışını qəbul etdik. Savaşmaq imkanı olduqca, savaşdıq. Son saniyəyədək savaşdıq. Lakin uğur əldə edə bilmədik. Buna görə məsuliyyət daşıyırıqmı? Bəli. Lakin son 30 ildə edilməyəni 2,5 ildə edə bilməzdik. Qarabağ anlaşması ilə bağlı qərar qəbul etməzdən əvvəl amerikalılarla məsləhtləşməyim barədə deyilənlər yalandır. Onlarla anlaşmanı müzakirə etməmişəm".

N.Paşinyan onu da bildirib ki, Qarabağdakı döyüşlərdə yüzlərlə erməni əsgər itkin düşüb.
Beləliklə, Ermənistanı Rusiyanın siyasi müttəfiqi və tərəfdaşı statusunda saxlayaraq Qərblə aşkar siyasi oyunlara başlayan Nikol Paşiyanın yarıtmaz, fərasətsiz, bacarıqsız və savadsız idarəetmə stili tam fiaskoya uğrayıb.
Emosional və mənəvi baxımdan yorulmuş ermənilər Paşinyanı hakimiyyətə gətirməklə məğlubiyyətlər seriyasına təkan verdilər.
Onlar korrupsioner Serj Sarqsyanı qovdular, amma ölkəni diletanta, bisavada, emosional baxımdan səbatlı olmayan, sadəcə, danışabilər, lakin zamanda, şərtlərdə və məkanda istiqamətlənə bilməyən adama etibar etdilər.
Şuşada içib sərxoş vəziyyətdə rəqs edərək Azərbaycana meydan oxumaq əvəzinə N.Paşinyan ölkənin bərbad siyasi və iqtisadi durumdan çıxış yollarını aramalıydı.
Aramadı, əvəzində Rusiyaya güvənərək Bakını savaşa təhrik etdi.
Nikol Paşinyan dərk etmədi ki, Ermənistan Rusiya üçün sadəcə, alət və vasitədir, Qarabağda savaş başlarya Moskva müdaxilə etməyəcək.

İndi ermənilər milli fəlakət yaşaqadıqlarını deyirlər. Təbii ki, Rusiya Ermənistandan əl çəkən deyil və İrəvanı da nəzarətsiz qoymayacaq.
Belə şəraitdə İrəvanda ifrat millətçi, aqressiv revanşist qüvvələrin hakimiyyətə gəlməsi də Azərbaycanın maraqlarında deyil.
N.Paşinyan debildir, amma onu devirib hakimiyyətə gəlmək istəyənlər maniakal irqçilər və millətçilərdir.
Ermənistan vətəndaş müharibəsinin astanasındadır. Düşmən ölkədə vəziyyətin qarışması, nə qədər paradoksal olsa, xeyrimizə deyil.
Çünki bundan sonra hakimiyyətə gələcək şəxs mütləq şəkildə revanşizmə yuvarlanacaq.
N.Paşinyanın imbesilliyi bəlli - yeni gələcək qüvvənin məramı məlum olsa da, əsl niyyəti naməlumdur.(milli.az)