Şuşa şəhərinin azad edilməsi Dünya hərb tarixinə düşən unikal əməliyyatdır Ordumuz Şuşanı belə aldı
Azərbaycan ordusunun ərazilərimizin azad olunmasığı uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Azərbaycan ordusu bir aydan bir az çox çəkən döyüşlər zamanı ağlasığmaz şücaət göstərərək cənub istiqamətindən qala-şəhərin həndəvərinə qədər irəlilədi.
16 Noyabr 2020 12:08 Siyasət"Azərbaycan ordusunun ərazilərimizin azad olunması uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu.
Şuşa şəhərinin azad edilməsi Dünya hərb tarixinə düşən unikal əməliyyatdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri müstəqil ekspert Yeganə Hacıyeva səsləndirib. O, qeyd edib ki, Azərbaycan Ordusunun torpaqlarımızın azad olunmasında rolunu, Ordunun Ali Baş Komandanının xidmətini mübahisələndirməyə, prosesdə gizli bir əl axtaran, kənar bir qüvvənin regionla bağlı planlarına eyham vurmağa yönələn istənilən açıq, sətiraltı mesaj Qəhrəman Xalqımızın birliyi və ruhunun sarsıdılmasına yönəlik aktdır: " Belə fikirləri yazan da, belə fikirləri tirajlayan da bizdən deyil".