Müdafiə Nazirliyi Kəlbəcərlə bağlı məlumat yaydı
15 Noyabr 2020 18:22 Siyasət"Ermənistan silahlı qüvvələri və Kəlbəcərdə qeyri-qanuni yerləşdirilmiş əhali oranı tərk edir, heç bir təxribata yol verilmir".
Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib.
Bu barədə videogörüntünü təqdim edən H. Mahmudov deyib ki, Vardenis istiqamətində yolun dar olduğu da videgörüntülərdən aydın görünür:
"Biz də rayonun boşaldılması prosesinə hər hansı müdaxilə etmirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31