Rusiya MN-dən Qarabağdakı atəşkəslə bağlı açıqlama

Dağlıq Qarabağda atəşkəs rejimi bütün təmas xətti boyunca gözlənilir.

Qafqazinfo   xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

"Bu gündən etibarən vəziyyəti gecə-gündüz izləyən Rusiya sülhməramlı kontingentinin təmas xətti boyunca 12 müşahidə postu yerləşdirilib.

"Cənub" məsuliyyət zonasında ümumilikdə 14, "Şimal" məsuliyyət zonasında isə 3 müşahidə postu qurulub. Bu gün daha 5 postun yerləşdirilməsinin başa çatdırılması planlaşdırılır", - deyə Konaşenkov əlavə edib.

O, həmçinin qeyd edib ki, Rusiya sülhməramlılarının köməyi ilə Şuşada yaşayış məntəqəsi rayonunda həlak olanların cəsədlərinin mübadiləsinə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31