Ermənistanda Njdeyə heykəl ucaldanda...- Korotçenko kapitulyasiya barədə

Ermənistan ordusunun Qarabağda "uğurları" barədə açıqlamaların biranda həmin ordunun acınacaqlı vəziyyəti barədə açıqlamalarla əvəzlənməsi adamı heyrətləndirir.

Olaylar.az-ın məlumatına görə, bunu rusiya ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko öz "Telegram" kanalında yazır.

O bildirib ki, eyni şəxslər, Paşinyan, Tonoyan, Arutyunyan indi bir ağızdan Ermənistan ordusunun tamamilə məhv olmaması üçün kapitulyasiyaya razı olduğunu bəyan edir:

"Amma deyirdilər ki, yeni müharibə təqdirində Bakıya qədər çatacaqlar!"

Ekspert əlavə edib ki, Ermənistan Sovet İttifaqı marşalı Baqramyanın heykəlləri əvəzinə Hitlerin əlaltısı Qaregin Njdeyə heykəl ucaldanda, bu cür nəticə qanunauyğun olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31