“Paşinyan zəng edib deməlidir ki...” - VİDEO

Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "60 minut" ("60 dəqiqə") verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, "Kommersant" Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini, mağazalarını və digər tikililəri yandırmasınını əks etdirən videogörüntüləri şərh edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Naumov deyib ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan qürurunu udmalı, İlham Əliyevə zəng etməlidir:

"Ona deməlidir ki, İlham Heydər oğlu, ən əsası - torpaq yox, insanlardır, xahiş edirəm, gəlin elə edək ki, gedən insanlar sakit, normal getsinlər, onları heç kim incitməsin. Ola bilsin, bəli, orada olan kilsələrdəki xaçlar qalsın, çünki ən əsası - insanlardır, torpaq yox".

Naumov, həmçinin xatırladıb ki, 1993-cü ildə azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın köçürdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31