Rusiya və Türkiyə heyətləri Qarabağ üzrə danışıqları sabah da davam etdirəcəklər

Rusiya və Türkiyənin hərbi heyətləri bu gün Ankarada Dağlıq Qarabağı müzakirə ediblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirlirliyindən bildiriblər.

Məlumata əsasən, Türkiyə və Rusiya hərbi heyətlərinin Milli Müdafiə Nazirliyində keçirilən texniki danışıqlarının bugünkü hissəsi başa çatıb: "Danışıqlar sabah davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31