Azərbaycanın mülki əhalisinə və obyektlərinə 30 mindən artıq mərmi atılıb - Hikmət Hacıyev
13 Noyabr 2020 18:40 SiyasətSentyabrın 27-dən Ermənistanın Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.
Bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
H.Hacıyev bildirib ki, 27 sentyabrdan başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə və obyektlərinə məqsədyönlü şəkildə 30 mindən artıq mərmi, 227-dən artıq raket atılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31