Azərbaycanda əleyhimizə işləyən dövranı tərsinə çevirən liderlər - VİDEO
13 Noyabr 2020 15:58 SiyasətElə dahi şəxsiyyətlər var ki, onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixi şəxsiyyətlərin Azərbaycanda dövlətçilik ənənələrinin, milli birlik və milli kimliyin formalaşmasında müstəsna xidmətləri olub.
Azərbaycan ərazilərini vahid dövlət ətrafında birləşdirən Şah İsmayıl Xətainin, Nadir Şah Əfşarın sırasında, öz sələflərinin ənənələrini uğurla davam etdirən böyük siyasətçi və Ali Baş Komandan İlham Əliyevin adı da fəxarətlə çəkilir.
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov Baku TV-yə bildirib ki, məhz bu əfsanəvi dövlət rəhbərləri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və vahid dövlət halında birləşdirilməsi istiqamətində əvəzsiz xidmət göstəriblər.
Tarixçi-alim Qasım Hacıyevin sözlərinə görə, Nadir Şah Əfşar dövründən bu günə qədər Azərbaycan dövləti müharibələrdən ziyan görərək, öz tarixi torpaqlarının bir hissəsini itirib. Lakin indi vəziyyət tamamilə dəyişib.
Azərbaycan dövləti həm ərazi, həm hərbi, həm də diplomatik baxımdan dünyada seçilir.