Jalə Əhmədova: “İllərdir Azərbaycanı pisləməklə məşğul olan mərkəzlər və dövlətlər bu qələbəni həzm edə bilmirlər”

“Təəsüflər olsun ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında imzalanmış bəyanatı anti-azərbaycançılığı təbliğ edən, zəfərimizə sevinməyən bəzi güvvələr yalnış və qərəzli şərh edərək, şanlı qələbəmizi ört-bastır etmək istəyirlər.

"Təəsüflər olsun ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında imzalanmış bəyanatı anti-azərbaycançılığı təbliğ edən, zəfərimizə sevinməyən bəzi güvvələr yalnış və qərəzli şərh edərək, şanlı qələbəmizi ört-bastır etmək istəyirlər. Lakin onlar anlamır ki, Vətən müharibəsi Azərbaycanda mövcud olan iqtidar-xalq birliyini bir daha möhkəmləndirdi və heç bir əsası olmayan qərəzli yanaşma xalqı bu şərəfli qələbədən yayındıra bilməz". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Onun sözlərinə görə, bütün dünya anlayır ki, imzalanmış mövcud bəyanat, Azərbaycanın qazandığı hərbi və diplomatik zəfəri, Ermənistanın isə kapitulasiyasını təstiqləyir: "Təbii ki, illərdir Azərbaycanı pisləməklə məşğul olan mərkəzlər və dövlətlər bu qələbəni həzm edə bilmirlər. Azərbaycan ordusunun, hökümətinin və xalqının qarşısında aciz qalmış düşmən bu kapitulasiyanı imzalamağa məcbur edildi. 30 ildir danışıqlar prosesini destruktivləşdirən, bir çox dövlətlərin dəstəyi ilə status-kvonu öz xeyrinə saxlamağ xəyalında olan Ermənistan, Azərbaycan ilə döyüş meydanında tək qalan kimi sülhdən danışmağa başladı. Maraqlıdır bəs 30 il bundan öncə dinc əhalini öz doğma yurdlarından didərgin salanda, Xocalıda qətliam törədəndə niyə sülh ağıllarına gəlmirdi?"

Deputat qeyd edib ki, bu müharibə həmçinin bizə kimin dost kimi qeyri-dost olduğunu göstərdi: "Münaqişənin həlli ilə "məşğul" olan üç həmsədr dövlətlərdən biri olan Fransa açıq şəkildə ermənipərəst mövqe tutaraq, özünündə səs verdiyi dörd BMT TŞ qətnamələrinə zidd gedərək işğalçını dəstəklədi. Deyəsən Fransa höküməti 1919-cu ildə Paris Sülh Konfransında təstiq etdiyi, Qarabağın və Zəngəzurunda daxil olduğu Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini unudub. Fransa özünü elə aparır ki, sanki özü separatizmdən uzun illər əziyyət çəkməyib, öz ərazilərini terroristlərdən təmizləməyib. Bəyanatın müddəalarına diqqətlə nəzər yetirsək aydın şəkildə anlayırıq ki, Qarabağ bütövlüklə Azərbaycan yurisdiksiyasındadır və orada Azərbaycan qanunları işləyəcəkdir. Bundan əlavə Ermənistan Silahlı Qüvvələri Ağdam, Kəlbəcər və Laçın rayonlarını qeyd-şərtsiz azad edir, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında birləşdirici koridor bərpa edilir. Bütün bunlar Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Rəşadətli Azərbaycan Ordusu sayəsində həyata keçdi və hər kəs Azərbaycanın gücünü gördü".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31