Ermənistanda etirazlar başladı: Ermənilər hökumət binasının iclas zalını darmadağın ediblər - VİDEO

 

Etirazçılar Ermənistanın hökumət binasına daxil olublar və iclas zalını darmadağın ediblər.

Hadisə yerindən videokadrlar "telegram"da yayılıb.

Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda müharibəyə son qoymaq üçün bəyanat imzalamaq qərarından narazı olan ermənilər otaqdakı əşyaları dağıdıblar. Qeyd edilir ki, onlar baş naziri axtarırlar və onu ölkəyə xəyanət etməkdə günahlandırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31