Ermənistanın zenit qurğusu sıradan çıxarıldı - VİDEO

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd "M-55" zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31