Ermənistan tərəfi yeni ssenarilər əsasında yazdığı nağıllara daxili auditoriyasını inandırmağa çalışır - MN
3 Noyabr 2020 19:41 SiyasətErmənistan tərəfi hər zaman olduğu kimi yenə də yalan, şişirdilmiş ssenarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun "diversiya qrupunun" artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31