Uğur və nailiyyətlər ili

Dövlət başçısının 17 illik fəaliyyəti məhz belə xarakterizə edilir

17 ildir ki, respublikaya rəhbərlik edən Cənab İlham Əliyevin fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi çoxşaxəli siyasətə nəzər yetirdikdə aydın şəkildə görürük ki, ötən illər ərzində dövlət başçısı ölkəmizi yalnız uğurlara, nailiyyətlərə doğru aparıb. 17 ilin hər bir ili ölkədə uğurlarla, nailiyyətlərlə yadda qalıb ki, bütün bunlar da heç şübhəsiz ki, Cənab İlham Əliyevin dövlət başçısı kimi uğurlu və nəticəyə hesablanmış fəaliyyəti ilə sıx bağlıdır. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. O, bildirib  ki, müstəqil respublikamızın qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin birinci dəfə ölkə Prezidenti vəzifəsinə seçildiyi 2003-cü ilin oktyabrından bizi 17 illik bir zaman fasiləsi ayırır. Əli İbrahimov bildiirb ki, İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərin miqyası, daxili və xarici siyasətdə qazanılan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı 2003-cü ilin oktyabrında doğru seçim edib: "Möhtərəm İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün xalqımıza öz dərin təşəkkürünü bildirərək, bəyan etmişdi: "Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm". Ötən illərdə iqtisadi inkişaf, sosial tərəqqi, sabitliyin qorunub saxlanılması və onun dönməzliyinin təmin edilməsi yönümündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti mühüm uğurlarla əlamətdar olub. Bütün sahələrdə əldə edilən yüksək nailiyyətlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və uzun illərə hesablanmış strategiyanın Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə, yeni şəraitə uyğun müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsidir. Çünki həyata keçirilən iqtisadi islahatların, hər bir proqramın, görülən işlərin fonunda xalqımızın rifah halının yüksəldilməsi məsələsi durur və dövlət başçısının fəaliyyət prizmasında insan amili prioritet vəzifəyə çevrilib". Əli İbrahimov deyib ki, cənab İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində xalqımıza, Azərbaycan vətəndaşlarına verdiyi bütün vədləri - sosial, iqtisadi, siyasi, mədəni və digər bütün sahələr üzrə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirib: "İqtisadiyyatda aparılan əsaslı islahatlar, ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşması, dövlət büdcəsinin artım tempinin yüksəlməsi, sərmayə qoyuluşunun ciddi artımı, regionların və sahibkarlığın, qeyri-neft sektorunun inkişafı bu sahədə müsbət nəticələrin əldə edilməsinə, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun, sənaye və kənd təsərrüfatı istehsalının, yük daşımalarının, rabitə xidmətlərinin, əhaliyə göstərilən pullu xidmətlərin həcminin artmasına, təhsilin, səhiyyənin tərəqqisinə gətirib çıxarıb. Son illər iqtisadi artım sürətinə görə Azərbaycan dünyada önəmli yerə çıxıb. Qeyri-neft sektorunun inkişafında da uğurların sayı ildən-ilə artır. İqtisadiyyatımız artıq çoxşaxəli olmaqla neftdən asılılıq getdikcə azaldılır. Bir sıra ərzaq məhsullarımız isə başqa ölkələrə ixrac edilir. Hətta elə məhsullarımız var ki, beynəlxalq və Avropa sertifikatlarına layiq görülüb. Regionların inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası sayəsində bölgələrdə gedən quruculuq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavod, fabrik, emal müəssisələrinin açılması bütün bunlar görülən işlərin məntiqi nəticəsidir. Hər il sahibkarlığın inkişafına böyük məbləğdə vəsaitin ayrılması, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatının inkişafı üçün ayrılan subsidiyalar, alınan texnika, dövlət tərəfindən verilən dəstək qeyri-neft sektorunun inkişafında çox böyük dönüş yaradıb. Ölkəmizdə qeyri-neft sektorunun inkişafında aqrar sektor prioritet sahə hesab olunur. Bu gün respublikada daxili resurslar tam gücü ilə işə salınıb, yerli istehsalın sürət tempi artıb və nəticədə özümüzü ərzaq məhsulları ilə təmin etmək imkanı əldə edilib. Xatırlatmaq yerinə düşər ki, müstəqilliyimizin ilk illərində xarici ölkələrdən almaq məcburiyyətində qaldığımız ət, süd, yumurta, qənd və sair ərzaq məhsullarının 90-95 faizi hazırda ölkə daxilində istehsal olunur".

Hüquqşünas deyib ki, ötən illər ərzində bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilib, Azərbaycan Silahlı Qüvvələrinin maddi-yexniki bazası gücləndirilib. Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu Qarabağda işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi missiyasını şərəflə həyata keçirir və hər gün yeni-yeni yaşayış məntəqələri işğaldan azad olunur: "Bütün bu qeyd etdiyimiz müsbət məqamlar, xüsusilə işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi missiyasi xalqımız, cəmiyyətimiz tərəfindən təqdir edilir, bəyənilir. Bu gün hər bir ölkə vətəndaşı hamılıqla bu müqəddəs mübarizədə Cənab İlham Əliyevin ətrafında sıx birıləşib. Bu da ondan irəli gəlir ki, Cənab İlham Əliyevin ötən illərdəki prezident kimi fəaliyyəti yalnız və yalnız uğur və nailiyyətlərlə yadda qalıb".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31