Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb - FOTO
2 Noyabr 2020 07:35 SiyasətAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb.
Bu barədə Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.
H.Hacıyev bildirib: "Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır".
Daha bir tvitdə Azərbaycan Prezidentinin köməkçisi onun adına açılan saxta profildən Ermənistan XİN-nin səhifəsində şərhlər yazılmasını da qeyd edib: "Erməni təbliğat maşını mənim adımdan belə saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu cəfəngiyyatdır".