"Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir" - Leyla Abdullayeva
31 Oktyabr 2020 17:18 SiyasətErmənistanın mülki əhaliyə qarşı hücumları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan bu günədək bütün beynəlxalq müstəvidə bəyan edib ki, ölkəmizin əraziləri işğal edilib və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın fəaliyyəti bütün bölgə üçün təhdiddir.
XİN rəsmisi qeyd edib ki, indiyədək Ermənistan tərəfindən 3 humanitar atəşkəs kobudcasına pozulub: "Dünən Cenevrə danışıqlarında yeni bir humanitar atəşkəsin edilməsinə çağırış olunub, amma görünən odur ki, Ermənistan buna əməl etmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31