Həmsədrlərin müraciətindən sonra da Ermənistan yaşayış sahələrinə zərbələr endirir - XİN
31 Oktyabr 2020 17:16 SiyasətErmənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarının yaşayış yerlərinə zərbələr endirir.
Olaylar.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yazılıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarındakı yaşayış məntəqələrini hədəf alır: "Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəsə hörmətlə bağlı çağırışının ardınca baş verir!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31