Erməni təcavüzü nəticəsində Azərbaycanda neçə dini obyekt zərər görüb? - RƏSMİ

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrində 17 dini obyektə ziyan dəyib.

Olaylar.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, həmin dini obyektlərin arasında xristian kilsələri də var: "Ümumilikdə, dağıdılan dini obyektlər - məscidlər, kilsə və qəbiristanlıqlardır. Həmçinin, erməni təcavüzü nəticəsində Gəncə, Tərtər və Ağdamda 3 tarixi abidəyə ziyan dəyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31