Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazir bu barədə tvitterdə məlumat yayıb:  "Qardaşım Mevlüt Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31