Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır

Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31